...

Polşa sovet dövründən qalan abidələr üçün müzey yaradır

Maraqlı Materials 5 May 2016 20:46 (UTC +04:00)
Polşanın Milli Yaddaş İnstitutu ölkədə sovet dövründən yadigar qalan bütün abidələrin yeni muzeyini yaratmaq niyyətindədir.
Polşa sovet dövründən qalan abidələr üçün müzey yaradır

Bakı. Elçin Hüseynov - Trend:

Polşanın Milli Yaddaş İnstitutu ölkədə sovet dövründən yadigar qalan bütün abidələrin yeni muzeyini yaratmaq niyyətindədir. Bu barədə Trend TASS-a istinadən xəbər verir.

Planlara əsasən, açıq səma altında muzey ya ölkənin şərqində yerləşən Çervonı-Bur, ya da şimaldakı Borne-Sulinovo şəhərlərində təşkil oluna bilər.

Sovet dövründən qalan abidələrin köçürülməsi zamanı tarix-təhsil mərkəzi yaradılacaq. İnstitutun nümayəndəsi Anjey Zavistovskiy bildirib ki, söhbət turistik və ya incəsənət qalereyasından getmir: "Burada Qızıl Ordu və kommunizmlə əlaqəli abidələr cəmləşəcək və ciddi tarix-təhsil mərkəzi yaradılacaq".

Xatırladaq ki, aprelin sonunda Polşa parlamenti kommunizmin təbliğatına qadağa qoyan yeni qanun qəbul edib. Qanuna əsasən, ictimai yerlərdən sovet dövrünə aid bütün obyekt və abidələr götürülməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti