...

Hindistanda inəklər üzrə nazirlik yaradıla bilər

Maraqlı Materials 17 İyun 2016 14:41 (UTC +04:00)
Hindistanda inəklərin saxlanılması və qorunması üzrə xüsusi nazirlik yaratmaq niyyətindədirlər.
Hindistanda inəklər üzrə nazirlik yaradıla bilər

Bakı. Elçin Hüseynov - Trend:

Hindistanda inəklərin saxlanılması və qorunması üzrə xüsusi nazirlik yaratmaq niyyətindədirlər.

Bu barədə Trend "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir.

Ümumdünya Hinduistlər Şurası tərəfindən hazırlanmış bu təklif artıq ölkənin Baş naziri Narendra Modiyə göndərilib. Hindistan parlamenti isə bu təşəbbüsə iyulda başlayacaq yeni sessiyasında baxacaq.

Təklifin niyyəti hinduistlərdə müqəddəs heyvan sayılan inəkləri tələf olmaqdan xilas etməkdir. Təşəbbüskarların fikrincə, bunun nəticəsi kimi ölkədə süd istehsalı da artacaq.

Qeyd edək ki, Hindistanda tikilən sürətli dəmir yolu layihəsinin dəyəri 1 milyard dollar artırılıb. Buna səbəb isə dəmir yolu boyunca sərbəst hərəkət edən inəklər üçün xüsusi çəpərlərin qurulması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti