...

70 yaşlı Cahanə nənə 36 ildir taksi sürür (FOTO/VİDEO)

Maraqlı Materials 24 İyun 2016 13:07 (UTC +04:00)
Əvvəllər musiqi müəlliməsi işləyən Cahanə nənə paralel olaraq sürücülük peşəsinə də yiyələnib.
70 yaşlı Cahanə nənə 36 ildir taksi sürür (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Əvvəllər musiqi müəlliməsi işləyən Cahanə nənə paralel olaraq sürücülük peşəsinə də yiyələnib.

Trend Region TV-yə istinadən məlumat verir ki, o, atasının hədiyyə aldığı avtomobili 36 ildir sürür. Müəyyən imkana sahib olsa da, maşınını dəyişməyəcəyini bildirir, çünki bu maşını atası ona hədiyyə edəndə dəyişməməsini məsləhət görüb. Əvvəllər sürücülük vəsiqəsi olmayan Cahanə nənə sonralar sürücülük vəsiqəsi də alıb.

Zamanla kənd camaatı arasında qazandığı etibar və dəyər ona bu yolda inamla addımlamağa imkan verib. İlk günlərdə rayonda qadın sürücüyə pis baxsalar da, Cahanə nənənin nümunəvi sürücülüyü hamının rəğbətinə səbəb olub. Cahanə nənə kənddə xeyirxah insan kimi də tanınır.

O, hazırda da Qumlaq kəndindən Oğuz rayonuna sərnişinləri aparmaqla çörək pulu qazanır. Kənd sakinləridə Cahanə nənənin sürücülüyündən çox razıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti