...

2,5 min avroya 120 rəngdə karandaş

Maraqlı Materials 5 Sentyabr 2016 11:18 (UTC +04:00)
Fransanın “Chanel” moda evinin kreativ direktoru Karl Laqerfeld “Faber-Castell” şirkəti ilə birlikdə rəssamlar üçün dəftərxana ləvazimatları və məhsullar dəsti hazırlayıb.
2,5 min avroya 120 rəngdə karandaş

Bakı. Trend:

Fransanın “Chanel” moda evinin kreativ direktoru Karl Laqerfeld “Faber-Castell” şirkəti ilə birlikdə rəssamlar üçün dəftərxana ləvazimatları və məhsullar dəsti hazırlayıb.

Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, dəstə 120 rəngdə karandaş, qrafit karandaşları, qələmlər, fırçalar və s. daxildir.

Dəstin qiyməti 2,5 min avrodur. Yeni karandaşlar Almaniya, Fransa və ABŞ-da satışa çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti