...

Unikal qadın ayaqqabısı: Telefonla idarə edəcəksiniz (FOTO)

Maraqlı Materials 10 Yanvar 2017 12:45 (UTC +04:00)
Fransanın "Zhor-Tech" şirkəti qadınlar üçün "ağıllı" dikdaban ayaqqabını nümayiş etdirib.
Unikal qadın ayaqqabısı: Telefonla idarə edəcəksiniz (FOTO)

Bakı. Trend:

Dünyanın ən böyük texnologiya sərgisi CES 2017-də Fransanın "Zhor-Tech" şirkəti tərəfindən qadınlar üçün "ağıllı" dikdaban ayaqqabı nümayiş etdirilib.

Trend-in məlumatına görə, "Bluetooth" texnologiyasından istifadə etməklə mobil telefon vasitəsilə bu yeni nəsil ayaqqabıların həm daxili istiliyini, həm də dabanlarının hündürlüyünü dəyişmək mümkündür.

Qiyməti 299 dollar müəyyən edilən ayaqqabıların satışa çıxarılacağı tarix hələ məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti