...

İnformasiyalarınız əbədiləşəcək - “Əbədi” disk haqqında nə bilirsiniz?

Maraqlı Materials 18 Aprel 2017 23:44 (UTC +04:00)
Rusiyada informasiyanı 100 min ildən çox saxlaya biləcək “əbədi” disk istehsal olunacaq.
İnformasiyalarınız əbədiləşəcək - “Əbədi” disk haqqında nə bilirsiniz?

Bakı. Trend:

Rusiyada informasiyanı 100 min ildən çox saxlaya biləcək "əbədi" disk istehsal olunacaq.

Trend-in məlumatına görə, od, su və kosmik radiasiyaya dayanıqlı olan disklərin hazırlanmasına 2021-ci ildə start veriləcək.

Tədqiqat qrupunun rəhbəri İvan Qlebovun sözlərinə görə, informasiyanın yazılması və oxunması prinsipinin hazırlanmasına, həmçinin yazılan materialın seçilməsinə 2015-ci ildə Perspektiv Tədqiqatlar Fondunun layihələrindən biri kimi başlanılıb.

Yeni disklərin əsas istifadəçiləri informasiyanın saxlanılmasının xüsusi əhəmiyyət kəsb etdiyi qurumlar (arxivlər, muzeylər, kitabxanalar, dövlət strukturları, ordu, banklar) olacaq. İ.Qlebovun fikrincə, "əbədi" disklərə informasiya texnologiyaları şirkətləri tərəfindən də böyük tələbat olacaq.

Xəbər lenti

Xəbər lenti