...

Quş səsi çıxardan, ən sürətlə qaçan yırtıcı (FOTO)

Maraqlı Materials 14 Dekabr 2017 23:30 (UTC +04:00)
Afrikanın bir çox yerlərində olduğu kimi, Tanzaniyada da hepard və ya çitalara rast gəlmək mümkündür.
Quş səsi çıxardan, ən sürətlə qaçan yırtıcı (FOTO)

Bakı. Trend:

Afrikanın bir çox yerlərində olduğu kimi, Tanzaniyada da hepard və ya çitalara rast gəlmək mümkündür. Lakin hepardlar digər yırtıcılardan bir sıra xüsusiyyətləri ilə fərqlənirlər.

Trend hepardlarla bağlı maraqlı faktları təqdim edir:

- Hepard ən sürətlə qaçan vəhşi heyvandır - saatda 100-120 km sürətlə. Lakin bu sürəti 500-600 metr məsafədə saxlaya bilirlər. Bu sürətlə qaçanda dəqiqədə 150 dəfə nəfəs alıb verirlər. 2009-cu ildə "Sara" ləqəbli hepard 100 metrlik məsafəni 5,95 saniyəyə qət edib ki, bu da dünya rekordudur;

- Vaxtilə Asiyada hepardları "sındırıb" ov iti əvəzinə də istifadə edirdilər;

- Hepard digər yırtıcılardan fərqli olaraq, öz şikarına pusqudan hücum etmir, necə deyərlər, qabağına qatıb ovlamağa üstünlük verir;

- Bəbir, aslan və pələnglərdən "daha qürurlu" olan hepardlar leş yemirlər;

- Hepardların özünəməxsus tənəffüs sistemi var ki, bunun sayəsində öz şikarlarını uzun müddət dişləyərək ağızlarında saxlayıb normal nəfəs ala bilirlər;

- Hepardı bəbirdən zahirən fərqləndirmək əslində çox asandır: hepardın başı daha kiçik ölçülü, ayaqları isə daha nazik olur. Həm də göz-burun ətrafından ağız nahiyəsinədək uzanan qara zolaqları ilə dərhal tanınırlar. Yeri gəlmişkən, bu zolaqlar parlaq Günəş şüalarının qarşısını almağa kömək edir ki, bununla da hepardlar uzaq məsafəni daha yaxşı görə bilirlər;

- Hepardlar quş səsinə bənzər səslərlə ünsiyyət qururlar. Yəni nərildəməklə araları yoxdur;

- 5-6 gün yeməksiz yaşaya bilirlər;

- Afrikada təqribən 6000-dən çox hepard var;

- Vəhşi təbiətdə 10-12 il, heyvanxanada isə 17 ilədək yaşadıqları deyilir.

FOTO və MƏTN: Arif Ələkbər

Məqalədə:
Xəbər lenti

Xəbər lenti