...

Yosunlardan insulin iynəsini əvəz edəcək plastr hazırlanıb

Maraqlı Materials 6 Yanvar 2018 15:47 (UTC +04:00)
ABŞ-ın Merilend ştatının Milli Biotibbi Vizualizasiya və Biomühəndislik İnstitutundan olan tədqiqatçılar qanda həll olunan və bir neçə gün qlükozanı lazımi səviyyədə saxlayan yeni növ kristal birləşmələr yaradıblar.
Yosunlardan insulin iynəsini əvəz edəcək plastr hazırlanıb

Bakı. Trend:

ABŞ-ın Merilend ştatının Milli Biotibbi Vizualizasiya və Biomühəndislik İnstitutundan olan tədqiqatçılar qanda həll olunan və bir neçə gün qlükozanı lazımi səviyyədə saxlayan yeni növ kristal birləşmələr yaradıblar.

Trend-in məlumatına görə, tədqiqatçılar qanda qlükozanın miqdarının daimi ölçülməsi üçün və insulin inyeksiyalarını əvəzləyəcək xüsusi ağrısız plastır hazırlayıblar. Plastırın əsasını qonur yosunlarından ifraz olunan "alqinat" adlı maddə təşkil edir.

Analoqlarından fərqli olaraq, sözügedən maddə qanda uzun müddət qalaraq bir neçə gün orqanizmdə sirkulyasiya edə bilir.

Xəbər lenti

Xəbər lenti