...

Yupiterin orbitində 12 yeni peyk tapıldı

Maraqlı Materials 18 İyul 2018 13:58 (UTC +04:00)
Astronomlar Yupiterin orbitində 12 yeni peyk aşkar ediblər.
Yupiterin orbitində 12 yeni peyk tapıldı

Bakı. Trend:

Astronomlar Yupiterin orbitində 12 yeni peyk aşkar ediblər. Trend-in məlumatına görə, bu barədə Karnegi Universitetinin Tədqiqat Mərkəzi bildirib.

Qeyd edək ki, bu son kəşflə Yupiterin orbitindəki peyklərin sayı ümumilikdə 79-a çatıb.

Astronom Haret Uilyams bildirib ki, həmin peyklərin Yupiterin orbitində yerləşməsini sübut etmək üçün ona 1 il lazım olub.

Alimlər yeni tapılan peyklərdən 11-nin "adi" və yalnız birinin "xüsusi" olduğunu vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti