...

O, yenidən "evdə tək" qaldı, bu dəfə "Google"un reklam çarxında (VİDEO)

Maraqlı Materials 21 Dekabr 2018 08:47 (UTC +04:00)

Bakı. Trend:

"Evdə tək" filmində baş rolda çəkilən aktyor Makoley Kalkin yenidən komediyadakı səhnələri təkrarlayıb. Bu dəfə aktyor "Google"un milad reklamında çəkilib.

Trend-in məlumatına görə, reklam "Google"un "YouTube"dakı rəsmi portalında yerləşdirilib.

Çarx "Google" köməkçisi ilə yenidən "evdə tək" adlanır. Burada böyümüş Kevin Makkallister (red. - filmin baş qəhrəmanı) Milad Bayramı ərəfəsində evdə tək qalır və bütün məişət məsələlərində ona artıq "Google" səsli köməkçisi və "ağıllı ev" sistemi kömək edir.

Reklam çarxı dekabrın 19-da yayımlanıb və artıq 7 milyondan çox baxış toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti