...

Türkiyənin gömrük məntəqəsində sıxlıq yaranıb

Maraqlı Materials 8 İyul 2023 14:49 (UTC +04:00)
Türkiyənin gömrük məntəqəsində sıxlıq yaranıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Dilucu gömrük məntəqəsi gözlənilmədən yerli sakinlər tərəfindən axına məruz qalıb.

Trend xəbər verir ki, buna səbəb isə Türkiyədə xaricdən alınan mobil telefonların İMEİ qeydiyyat qiymətinin bahalaşmasıdır. Belə ki, qərara əsasən, Türkiyədə bu rəqəm 6071 TL-dən 20 min TL-yə yüksəlib və qərar iyulun 10-dan qüvvəyə minəcək. Məhz qiymət artımına görə insanlar Dilucu gömrük məntəqəsindən Sədərək Gömrük Postuna keçərək ölkəyə giriş-çıxış ediblər. Onlar xaricdən aldıqları telefonları qeydiyyata salmaq üçün bu addımı atıblar və gömrükdə bəyan ediblər. Əks təqdirdə, telefonların qeydiyyatı onlar üçün daha baha qiymətə qeydiyyat olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti