...

Günəş ləkələrinin sayı artıb

Maraqlı Materials 24 İyul 2023 12:33 (UTC +04:00)
Günəş ləkələrinin sayı artıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Trend-in məlumatına görə, bildirilib ki, Günəş ləkələrinin sayı artıb, 7 ləkə qrupu və 103 ləkə müşahidə olunur.

Hazırda Günəş küləyinin sürəti saniyədə 423 kilometr, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 5.64 nT, radial istiqamətdə isə 3.6 nT təşkil edir.

Geomaqnit sahəsinin aktivliyi fasilələrlə G1 səviyyəsinə kimi yüksəlib və qısamüddətli geomaqnit qasırğaları baş verib. Hazırda kosmik hava sakitdir.

İyulun 24-dən 30-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 45 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir.

Geomaqnit sahəsi bu gün 4 Kp-yə (aktiv) kimi yüksələ bilər. İyulun 25-də tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər selinin təsiri ilə qeyri-stabil olacağı, iyulun 27-də isə yenidən 4 Kp-yə kimi yüksələ biləcəyi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti