Bakı. Trend:
Bu gün Misli Premyer Liqasının XII turuna yekun vurulub
Trend-in məlumatına görə, Misli Premyer Liqasının XII turunun son günündə iki matç keçirilib.
Çempionatın autsayderlərinin dueli Tovuzda baş tutub. "Kəpəz" "Səbail"i qəbul edərək, son saniyələrdə vurulan qol sayəsində 3 xal qazanıb. Bu uğursuzluq "Səbail"in baş məşqçisi Şahin Diniyevin istefası ilə nəticələnib.
Eyni ssenari "Sumqayıt" - "Sabah" matçında da yaşanıb. Meydan sahibləri 90+5-ci dəqiqədə qələbə topunu vuraraq, üç xal qazanıblar.
Qeyd edək ki, növbəti – XIII turun oyunları noyabrın 8-dən 10-a qədər keçiriləcək.
xxx
09:55
Misli Premyer Liqasının XII turuna bu gün baş tutacaq iki oyunla yekun vurulacaq.
Trend-in məlumatına görə, ilk olaraq "Kəpəz" Tovuz şəhər stadionunda "Səbail" komandasını qəbul edəcək. Kamal Umudlunun baş hakim olduğu oyun saat 16:00-da başlayacaq.
Günün ikinci qarşılaşması Sumqayıtda, Mehdi Hüseynzadə adına stadionda keçiriləcək. "Sumqayıt" komandası evdə "Sabah"la üz-üzə gələcək. Rəvan Həmzəzadənin idarə edəcəyi oyun saat 19:00-da start götürəcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" öz meydanında "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olub, "Turan-Tovuz" - "Qarabağ" qarşılaşması isə qolsuz bərabərliklə başa çatıb. "Zirə" isə səfərdə "Şamaxı" komandasını 2:0 hesabı ilə məğlub edib.
Misli Premyer Liqası
XII tur
3 noyabr
16:00. "Kəpəz" – "Səbail" - 1:0
Qol: Camal Cəfərov, 90+5