Bakı. Trend.
Sosial şəbəkələrdə qlobal səviyyədə, ələlxüsus Amerikada qadınların kosmetik vasitələrdən imtina etməsi ilə müşayiət olunan trend yayılıb.
Trend xəbər verir ki, ABŞ-nin Kolumbiya Universitetinin psixologiya kafedrasının doktoru Tara Uell “El Comercio” nəşrinə bu cərəyanın səbəblərini aydınlaşdırıb.
Uellin bildirdiyinə görə, kosmetikadan imtinanın səbəblərindən biri cəmiyyətin qadınlar üçün təşviq etdiyi gözəllik standartlarına bir etirazdır. Həmçinin, makiyajdan imtina insanın xarici görünüşünün ətrafda olanlar tərəfindən tam olduğu kimi qəbulundan xəbər verir.
Psixoloq bildirir ki, insan öz xarici görünüşünə bu dərəcədə güvəndikdə onun daha tam komfort tapması üçün heç bir xarici atributa ehtiyacı qalmır.