...

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ilk partiyaları keçirildi

Maraqlı Materials 15 Fevral 2026 10:53 (UTC +04:00)
Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ilk partiyaları keçirildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk partiyaları baş tutub.

Trend-in məlumatına görə, bu raundda rəmzi ilk gedişi Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov edib.

Yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov qara fiqurlarla Əhməd Əhmədzadəni məğlub edib.

Rauf Məmmədov – Read Səmədov, Məhəmməd Muradlı – Eltac Səfərli, Aydın Süleymanlı – Nicat Abasov görüşlərində isə heç-heçə qeydə alınıb.

Qadınların yarışında Ülviyyə Fətəliyeva qara fiqurlarla Səbinə İbrahimovanı, Ayan Allahverdiyeva isə Günay Məmmədzadəni məğlub edib. Ağ fiqurlarla mübarizə aparan Türkan Məmmədyarova Nərmin Abdinovaya qalib gəlib. Xanım Balacayeva – Gülnar Məmmədova qarşılaşması isə heç-heçə ilə başa çatıb.

Bu gün 1/4 final mərhələsinin ikinci partiyaları oynanılacaq.

Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq. Yarışın ümumi mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.

Xəbər lenti

Xəbər lenti