Bakı. Trend:
Aston Villa UEFA-nın maliyyə qaydalarını pozduğuna görə cərimələnə bilər.
Trend xəbər verir ki, klubun UEFA-nın heyət xərcləri qaydasını ardıcıl ikinci il pozduğu güman edilir.
Qaydaya əsasən, oyunçu maaşları, transferlər və agent xərcləri gəlirlərin 70 faizini keçərsə, cərimə tətbiq olunur.
2025-ci ilin iyul ayında Birminhem klubu heyət xərcləri limitini aşdığı üçün 6 milyon avro cərimə olunub. Həmin limit klubun gəlirlərinin 80 faizi səviyyəsində müəyyən edilmişdi, 2025/26 mövsümündən isə limit 70 faizə endirilib.
“Aston Villa”nın bu mövsüm gəliri ötən mövsümlə müqayisədə azalıb, çünki klub Avropa Liqasında çıxış edir, ötən mövsüm isə mükafat pulunun xeyli yüksək olduğu Çempionlar Liqasında iştirak edib.
Eyni zamanda qeyd olunur ki, klub UEFA ilə digər gəlir müqavilələrini pozmayacaq.
