...

Azərbaycan XİN başçısı Avropa şurası parlament assambleyası monitorinq komitəsinin iclasında "dondurulmuş münaqişələr" mövzusunda məruzə ilə çıxış edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Sentyabr 2007 05:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S. Ağayeva/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov 5-7 noyabr Berlində keçiriləcək Avropa şurası parlament assambleyası monitorinq komitəsinin iclasında "dondurulmuş münaqişələr" mövzusunda məruzə ilə çıxış edəcək. Bu haqda çərşənbə günü Parisdən telefonla AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva məlumat verib.

İclasda ərazilərində münaqişələr mövcud olan Modova, Gürcüstan, Ermənistan və Rusiya XİN başçıları iştirak edəcək.

"Dondurulmuş münaqişələr" mövzusu həmçinin sentyabrın sonunda Nyu-Yorkda keçiriləcək BMT Baş assambleyasının 62-ci sessiyasının gündəliyinə daxil ediləcək. Dondurulmuş münaqişələrin beynəlxalq təhlükəsizliyə və inkişafa təsiri, silahlı toqquşmanın qarşısının alınması və Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətin müzakirəyə çıxarılması barədə bir qədər əvvəl Trend ə Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAMın baş katibi Valeri Çeçelaşvili məlumat vermişdir.

GUAM ərazisində dondurulmuş münaqişələrin qətnaməsi layihəsi 2006-cı ilin sonunda işlənilib və BMT Baş assambleyasının gündəliyinə salınıb. Sənədi müzakirədən GUAM nümayəndələri özləri çıxarıb.

GUAM 1997 ildə Strasburqda Avropa Birliyi ölkələrinin sammitində yaradılıb. 1999-cu ildə təşkilata qoşulan Özbəkistan 4 ildən sonra onu tərk etdi. 2006-cı ildə GUAM-ın Kiyevdə keçirilən ilk sammitində GUAM-ın "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" beynəlxalq təşkilata çevrilməsi haqqında qərar qəbul olundu.

Xəbər lenti

Xəbər lenti