...

Prezidentin məsləhətçisi: "Azərbaycanın İranla sərhədində mütəşəkkil cinayətkarlığın mövcudluğu üçün əlverişli şərait yaradılıb (Video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Sentyabr 2007 16:09 (UTC +04:00)
Prezidentin məsləhətçisi:  "Azərbaycanın İranla sərhədində mütəşəkkil cinayətkarlığın mövcudluğu üçün əlverişli şərait yaradılıb (Video)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Çəpşənbə axşamı Bakıda Azərbaycan prezidentinin hərbi məsələlər üzrə məsəhətçisi Vahid Əliyevin verdiyi məlumata görə, Azərbaycanın İranla sərhədlərinin nəzarət olunmayan üçdə bir hissəsində qeyri-qanuni miqrasiya kanallarının fəaliyyət göstərməsi, silah-sursat və narkotik maddələrin daşınması üçün əlverişli şərait yaradılıb.

Ermənistanın ərazi iddiaları nəticəsində, 1992-ci ildən bəri Azərbaycan ərazilərinin 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermsənistanın Silahlı Qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın Ermənistan tərəfindən işğal olunan 132 kilometrlik cənub-qərb sərhədi Azərbaycanın İranla olan sərhədinin payına düşür (Azərbaycanın İranla sərhədinin ümumi uzunluğu 432 kilometrdir).

Dünyanın sərhəd xidmətlərinin Bakıda keçirilən iclasında Əliyev bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan əraziləri "Avropada mütəşəkkil cinayətkarlığın mərkəzlərindən biridir".

"Dağlıq Qarabağ ərazisinə nə Azərbaycan hakimiyyət orqanları, nə də beynəlxalq təşkilatlar nəzarət edir. Bu öz əksini ABŞ-ın Dövlət Departamentinin hesabatında tapıb" - deyə o bildirib.

Azərbaycan prezidentinin məsləhətçisi bildirib ki, mütəşəkkil cinayətkarlığın artmasının səbəblərindən biri zəif nəzarət və bəzi hallarda, aidiyyatı beynəlxalq və dövlət strukturlarının cinayətin bu sahəsinə nəzarət etməməsidir.

Xəbər lenti

Xəbər lenti