...

Azərbaycan Milli ordusunun daha bir əsgəri yaralanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Sentyabr 2007 17:35 (UTC +04:00)
Azərbaycan Milli ordusunun daha bir əsgəri yaralanıb

Azərbaycan, Bərdə / Trend , müxbir Ş. Cəliloğlu/ 2 gün bundan əvvəl ,cəbhənin Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində, Azərbaycan Milli Ordusunun daha bir əsgəri yaralanıb. Belə ki, Masallı rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılan 20 yaşlı Əhmədov Vurğun Tərlan oğlu erməni hərbçilərinin snayperdən açdığı atəş nəticəsində baş nahiyəsindən yaralanıb. Yaralı Sarıcalı hərbi hospitalına yerləşdirilib. Əldə etdiyimiz məlumata görə, Əhmədovun vəziyyəti ağırdır və o, komadadır.

Xəbər lenti

Xəbər lenti