...

Alman deputatı: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməlidir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2007 18:53 (UTC +04:00)
Alman deputatı:  "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməlidir"

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova, İ.Əlizadə/ Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməlidir. Bunu cümə axşamı Bakıda, Almaniya Bundestaqının üzvü Arnold Vaats bəyan edib.

"Çox mühümdür ki, Rusiya regionda stabilliyə nail olunmasına yardım etsin",-deyə Vaats bildirib.

Onun sözlərinə görə, Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.

"Biz ümid edirik ki, münaqişə Dağlıq Qarabağın yerli sakinlərinin təhlükəsizliyi təmin olunmaqla, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq",-deyə o söyləyib.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. Azərbaycanın 20% ərazisi, həmçinin, Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və bu vaxta qədər ATƏT-in Minsk Qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti