...

Azərbaycanlı millət vəkili AŞ Nazirlər Komitəsinin sədrinə sorğu ünvanlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2007 13:44 (UTC +04:00)
Azərbaycanlı millət vəkili AŞ Nazirlər Komitəsinin sədrinə sorğu ünvanlayıb

Fransa, Strasburq / Trend müxbir A.Məhərrəmov/ Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı üzvü Qənirə Paşayeva AŞ-nin Nazirlər Komitəsinin sədri Vuk Jeremiçə sorğu ünvanlayıb. Deputatın Trend ə verdiyi məlumata görə, sorğuda AŞPA-nın 2005-ci ildə qəbul edilmiş 1416 saylı qətnaməsinin Ermənistan tərəfindən icra olunmamasına görə, AŞ Nazirlər Komitəsinin bu dövlətə təsir göstərməməsinin səbəblərinin açıqlanmasını istəyir. Həmçinin millət vəkili Ermənistanın bu hərəkətlərinin Nazirlər Komitəsi tərəfindən qiymətləndirilməsini tələb edir.

Sorğuda Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın 20 faiz torpaqlarının işğal olunduğu, 1 milyondan artıq vətəndaşın məcburi köçkün düşdüyü vurğulanır. Həmçinin qeyd olunur ki, Ermənistanın Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz geri çəkilməsini nəzərdə tutan BMT və AŞPA-nın qətnamələrinə məhəl qoyulmur. Bu müddət ərzində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini mütəmadi pozduğu və bu ilin əvvəllərindən atəşkəsin pozulmasının intensivləşdiyi sorğuda diqqətə çatdırılır.

AŞ Nazirlər Komitəsinin sədri Jeremiçin çıxışında bu sorğuya cavab verəcəyi qozlənilir.

Xəbər lenti

Xəbər lenti