...

Azrbaycanın Müdafiə Nazirliyi: Ermənistanın Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Oktyabr 2007 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 16-da saat 17.50-dən 19.50-dək fasilələrlə Ermənistan Respublikası İcevan və Berd rayonlarının Berkaber və Ayqepar kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızıl Hacılı, Məzəmli və Tovuz rayonunun Əlibəyli kəndləri sahəsində yerləşən mövqelərini avtomat və pulemyotlardan atəşə tutub, çərşənbə günü Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda belə deyilir.

Cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti