...

Azərbaycan silahlanma limitinin pozulmasına dair ittihamı qəbul etmir(video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Noyabr 2007 14:03 (UTC +04:00)
Azərbaycan silahlanma limitinin pozulmasına dair ittihamı qəbul etmir(video)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin Avropada Adi Silahlanmaya Dair Sazişdə nəzərdə tutulan silahlanma limitinin pozulmasına dair ittihamını təkzib edir.

"Azərbaycan Avropada Adi Silahlanmaya Dair Sazişi pozan heç bir addım atmayıb, beynəlxalq təşkilatlar isə bu məsələ ilə əlaqədar bizə heç bir narazılıq bildiriməyib" - deyə cümə günü Trend ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.

Ermənistanın XİN başçısı Vardan Oskanyan cümə axşamı Madriddə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının illik iclasında Azərbaycanı silahlanma limitini pozmaqda ittiham edib.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi Oskanyanın bəyanatının əsassız olduğunu və öz günahını gizlədərək onu Azərbaycanın üzərinə atmaq məqsədi daşıdığını bildirib.

Azərbaycan və Ermənistan sazişi təsdiq etdikləri zaman, hər iki tərəf Azərbaycanın əhali sayına görə Ermənistanı üstələməsinə baxmayaraq, silahlanmanın eyni səviyyədə olacağına dair öz üzərinə öhdəlik götürüb. "Biz üzərimizə götürdüyümüz öhdəlikləri dəqiq yerinə yetiririk" - deyə Sabiroğlu əlavə edib.

Xəbər lenti

Xəbər lenti