...

Ermənilərin girov götürdüyü Azərbaycan vətəndaşı bu gün qaytarılacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Dekabr 2007 12:26 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Ermənistan Silahlı Qüvvələrinin beş ay öncə girov götürdüyü Tərtər rayon sakini Anar Əliyevin bu gün günorta saatlarında Azərbaycan tərəfinə təhvil veriləcəyi gözlənilir. Trend in bölgə müxbirinin məlumatına görə, Əliyevin Azərbaycana qaytarılması üçün Ermənistan tərəfi razılıq verib. Ermənistan Qırmızı Xaç Komitəsinin nümayəndələrinin müşayiəti ilə Əliyevin Ağdamın Baş Qərvənd kəndi yaxınlığında qaytarılacağı planlaşdırılıb.

Ötən il dekabrın 24-də Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülən Azərbaycan vətəndaşı Samir Məmmədov hələ ki qaytarılmayıb.

Xəbər lenti

Xəbər lenti