...

Venesiya Komissiyası Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə kömək etməyə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Yanvar 2008 17:34 (UTC +04:00)
Venesiya Komissiyası Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə kömək etməyə hazırdır

Fransa, Strasburq, 16 yanvar / Trend , müxbir A.Məhərrəmli / Avropa İttifaqının Venesiya Komissiyası Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına hüquqi dəstək göstərməyə hazırdır.

"Biz məsələnin həll olunması üçün hüquqi məsləhətlər verə bilərik, lakin bunun üçün münaqişənin iştirakçı tərəfləri siyasi razılıq verməlidirlər", - çərşənbə günü Venesiya Komissiyasının katibi Canni Bukikkio Trend ə müsahibəsində bildirib.

Venesiya Komissiyası Kosovo, Dnestryanı, Serbiya-Çernoqoriya Birlik dövlətlərinin, Cənubi Osetiya və Abxaziya münaqişələrində Avropa Birliyi və ATƏT-lə əməkdaşlıq edib. Hələ ki, bu məsələlərdən heç biri həll edilməyib.

Venessia Komissiyasının katibi hesab edir ki, bu, siyasi və hüquqi məhdudiyyətlərdən irəli gəlir.

Nizamnaməyə əsasən, münaqişənin həllinə qoşulmaq üçün Komissiya müraciət almalıdır. İki qarşı duran ölkə varsa, hər ikisinin razılığı olmalıdır.

Bukikkio bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupu hüquqi dəstək almaq üçün Venesiya Komissiyasına müraciət edə bilər. "Bu daha məntiqli olardı, çünki onlar bu məsələylə çoxdan məşğul olurlar", - katib qeyd edib.

Xəbər lenti

Xəbər lenti