...

İsraildə ilk dəfə olaraq Xocalı faciəsinin il dönümü qeyd olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Yanvar 2008 14:09 (UTC +04:00)
İsraildə ilk dəfə olaraq Xocalı faciəsinin il dönümü qeyd olunacaq

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir R.Abdullayev, E.Hüseynov / Yaxın Şərq Azərbaycanlıları Konqresi İsraildə ilk dəfə olaraq fevralın 24-də, 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində kütləvi qətlin ildönümünü qeyd edəcək. "Konqres, İsraildə ilk dəfə olaraq, dövlət strukturları ilə Xocalı soyqırımını qeyd edəcək", - şənbə günü Konqresin prezidenti Aleks Şapiro-Suliman Trend ə bildirib.

Xocalı faciəsi 1992-ci il fevralın 26 -da Erməni silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionunun fəal işğalı zamanı baş verib. Azərbaycanın rəsmi məlumatlarına görə, 613 nəfər öldürülüb (onlardan 106 qadın və 83 uşaq), 1275-dən çoxu əsir düşüb, 150 nəfər itgin düşüb, 487 nəfər isə şikəst edilib və əlil qalıblar.

"Bizim niyyətimiz İsrail cəmiyyətinə Xocalı soyqırımı həqiqətlərini daha artıq çatdırmaqdır! -, Konqres prezidenti deyib. Onun sözlərinə görə, aksiya Türkiyənin İsraildə fəaliyyət göstərən səfirliyinin və şəxsən səfir Namiq Tanın dəstəyi ilə keçiriləcək. " Biz foto və videomateriallar göstərəcəyik, Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifə kimi daxil olan Xocala soyqırımı həqiqətlərini işıqlandıran kitabcalar, SD-lər paylayacağıq" - Şapiro-Suliman deyib.

Xəbər lenti

Xəbər lenti