...

Kosovo modeli heç bir halda Dağlıq Qarabağ üçün presedent ola bilməz - Prezident Aparatının rəsmisi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Yanvar 2008 11:02 (UTC +04:00)
Kosovo modeli heç bir halda Dağlıq Qarabağ üçün presedent ola bilməz - Prezident Aparatının rəsmisi

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Prezident Aparatının (PA) beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov hesab edir ki, Kosovo modeli heç bir halda Dağlıq Qarabağ problemi üçün presedent ola bilməz. Trend in məlumatına görə, Məmmədov bunu çərşənbə axşamı jurnalistlərə açıqlamasında bildirib.

Dağlıq Qarabağda mövcud olan separatçı rejimin rəhbəri Kosovo modelinin Qarabağ probleminə şamil edilməsini vacib sayır. Separatçıların rəhbəri Bako Saakyanın Avropa Şurasının baş katibi ilə görüşü də gözlənilir.

N.Məmmədov hesab edir ki, erməni separatçılarının iddiaları heç bir dövlət və ya beynəlxalq təşkilatlar tərəfindən qəbul oluna bilməz: "Onlar özlərinin bu cür tələblərini özləri deyib, özləri də eşidəcəklər. Qərbin bütün dairələrində, o cümlədən rəsmi səviyyədə bildirilib ki, Kosovo problemi Qarabağ üçün presedent ola bilməz. Dağlıq Qarabağı həttə qondarma bir qurum kimi heç kim tanımayıb, tanımır və tanımayacaq da".

PA rəsmisi əlavə edib ki, bu məsələləri gündəmə gətirməklə ermənilər öz çəkilərini artırmaq istəyirlər.

Xəbər lenti

Xəbər lenti