...

Xocalı faciəsinin soyqrım kimi tanınması üçün Türkiyə Böyük Millət Məclisinə müraciət edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Fevral 2008 18:36 (UTC +04:00)

Azərbaycan, Bakı,13 fevral / Trend , müxbir E.Hüseynli/ Türkiyənin Qars, İqdır və Ərdahan vilayətlərinin 300 - ə yaxın qeyri-hökumət təşkilatı və bələdiyyələr Xocalı faciəsinin soyqrım kimi tanınması üçün fevralın 13-də Türkiyənin Böyük Millət Məclisinə müraciət ediblər. Bu barədə çərşənbə günü Trend ə Azərbaycanın Qarsdakı Baş konsulu Həsən Zeynalov telefonla məlumat verib.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Xocalı rayonunda soqrım həyata keçirib. Nəticədə, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib.

Zeynalov bildirib ki, fevralın 23-26-da Heydər Əliyev Fondunun dəstəyi, konsulluğun və İqdır Bələdiyyəsinin təşkilatçılığı ilə Almaniyanın paytaxtı Berlində Xocalı faciəsinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək. Həmin tədbirə hər iki ölkədən 50 nəfərə yaxın diplomat, siyasətçi, tarixçi-alim, hərbi mütəxəssislər dəvət edilib. Toplantıda Azərbaycan parlamentinin nümayəndələri də iştirak edəcəklər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti