...

Ermənilər təhlükəsizlik zamanəti veriləcəyi təqdirdə Azərbaycanın işğal olunmuş torpaqlarını qaytarmağa hazırdırlar – politoloq Tomas de Vaal

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Mart 2008 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir A.İsmayılova/ Beynəlxalq sülhməramlı qüvvələrin Dağlıq Qarabağ münaqişəsi zonasında yerləşdirilməsi bu dondurulmuş münaqişəni həll edə bilər. Bu barədə adıçəkiln münaqişəyə həsr olunmuş "Qarabağ" kitabının müəllifi, britaniyalı jurnalist Tomas de Vaal bildirib.

"Ermənilər təhlükəsizliyə zəmanət veriləcəyi təqdirdə işğal olunmuş əraziləri geri qaytarmağa hazırdırlar və yalnız təhlükəsizliyi təmin etməklə erməniləri bu torpaqları qaytarmağa vadar etmək olar" - deyə Vaal Trend a müsahibəsində bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Vaal hesab edir ki, Azərbaycan təhlükəsizlik məsələsi ilə bağlı Qrabağ erməniləri ilə danışıqlara başlamalıdır.

"Mənə elə gəlir ki, biz Azərbaycan ilə Qarabağ erməniləri arasında təhlükəsizliyə dair dialoqa başlamamaqla sadəcə vaxt itiririk" - deyə kitabın müəllifi bildirib.

Vaal qeyd edib ki, bu, "Azərbaycanın yarımmilyonluq məcburi köçkünləri"nin geri qayıtmasına və onların təhlükəsizliynin təmin edilməsinə kömək edəcək. "Əlbəttə ki, Qarabağ azərbaycanlılarının da təhlükəsizliyi təmin edilməlidir və bu təhlükəsizliyi təmin edəcək yeganə güc - beynəlxalq gücdür" - deyə Vaal vurğulayıb.

O həmçinin bildirib ki, Qarabağda münaqişənin həlli üçün müharibənin başlamasına yol vermək olmaz. "Mən bilirəm ki, Azərbaycan cəmiyyətində artıq hərb variantı ideyası müzakirə olunur. Müharibə həm Azərbaycan, həm də mühüm enerji layihələri üçün tam məhv deməkdir" - deyə Vaal əlavə edib.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələki nəticəsiz sülh danışıqları aparılır.

Martın 4-dən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin intensiv pozulması halları davam edir. Atışmalar nəticəsində hərbi və mülki şəxslər arasında ölən və yaralananlar var.

Vaal əmindir ki, Qarabağ ermənilərinin Azərbaycan barədə onlar üçün yalnız təhlükə təsəvvürü var. O qeyd edib ki, ilbəil Qarabağ erməniləri daha çox Ermənistan vətəndaşlarına çevrilirlər. Onların çoxu Ermənistan pasportu alır. "Onların Azərbaycan ilə müqavilələri yoxdur və onlar de-fakto Ermənistan vətəndaşı olurlar" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti