...

Qarabağ Azadlıq Təşkilatının qurultayı çağırıldı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Mart 2008 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 mart / Trend , müxbir S.İlhamqızı/ Qarabağ Azadlıq Təşkilatı ATƏT-in Minsk qrupunun tərkibinin buraxılması tələbi ilə geniş imzatoplama kampaniyasına başlayır. Bu barədə Trend ə QAT-dan məlumat verilib.

Təşkilatın İdarə Heyətinin çərşənbə günü keçirilən toplantısında qərara alınıb ki, Minsk qrupunun buraxılması tələbilə tədbirlər görülsün, həmçinin BMT_də Azərbaycanın təqdim etdiyi layihəyə bitərəf qalmış ölkələrin səfirlikləri ilə mütəmadi görüşlər keçirilməsi, izahat işinin aparılması üçün qrup yaradılsın.

Bu qrupp vaxtaşırı səfirlərlə görüşlər keçirəcək.

İdarə Heyəti həmçinin qərara alıb ki, mayın 30-da QAT-ın növbəti 3-cü qurultayı keçirilsin.

Xəbər lenti

Xəbər lenti