...

İrəvan ümid edir ki, Ermənistan və Azərbaycan prezidentləri Buxarestdə görüşəcəklər – Vardan Oskanyan

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Mart 2008 17:41 (UTC +04:00)

Rusiya, Moskva, 28 mart/ Trend müxbir R.Ağayev/ Rəsmi İrəvan ümid edir ki, NATO-nun aprelin 2-4-də keçiriləcək Buxarest sammiti çərçivəsində Ermənistan və Azərbaycan prezidentləri arasında danışıqların növbəti raundu baş tutacaq. Biz Ermənistan və Azərbaycan prezidentlərinin Buxarestdə görüşməsinə ümid edir və bunu arzulayırıq", - cümə günü Moskvada Trend -un müxbirinin sualına cavab verən Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bildirib.

Oskanyan bildirib ki, Ermənistan danışıqlar stolundakı mövcud sənəd əsasında danışıqları davam etdirməyə hazırdır.

Martın ortalarında Azərbaycan prezidentinin İcra Apparatının beynəlxalq əlaqələr üzrə şöbə müdiri Novruz Məmmədov Trend -a bildirib ki, Əgər ATƏT-in Minsk Qrupu həmsədrlərindən erməni həmkarı ilə görüşmək haqqında təklif gələrsə və Azərbaycan prezidenti NATO-nun sammitində iştirak edərsə, dövlət başçısı bu təklifi nəzərdən keçirə bilər. Sonra, erməni-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Trend -a müsahibəsində, erməni və Azərbaycan liderlərinin Buxarestdə görüşünün keçirilməsinə şübhə etdiyini bildirib. O bunu, Ermənistanın hazırki prezidenti Robert Köçəryanın Buxarest sammitində iştirak etməyəcəyi, yeni seçilmiş prezident Serj Sərkisyanın isə aprelin 9-dan tez olmayaraq vəzifəsinin icrasına başlayacağı ilə əsaslandırıb.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti