...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Mart 2008 10:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 30-da saat 11.40-dan 23.55-dək fasilələrlə Ermənistan Respublikası Berd, İjevan və Noyemberyan rayonları ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu, Tovuz rayonunun Ağbulaq və Ağdam kəndləri, Qazax rayonunun isə Qızıl Hacılı və Aşağı Əskipara kəndləri sahəsindəki mövqelərini, saat 12.40-dan 12.50-dək və saat 21.20-dən 22.00-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.50-dən 00.00-dək ara-sıra Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti