...

Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etməyə çalışan dövlətlər işğalçı Ermənistana təsir imkanlarını artırmalıdır-Azərbaycanın müdafiə naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Aprel 2008 18:15 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etməyə çalışan dövlətlər işğalçı Ermənistana təsir imkanlarını artırmalıdır-Azərbaycanın müdafiə naziri

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın müdafiə naziri beynəlxalq aləmi işğalçı Ermənistana təsir imkanlarını artırmağa çağırıb. "Gələcəkdə ağır proseslərin meydana çıxmaması üçün münaqişəni dinc yolla həll etməyə çalışan dövlətlər və beynəlxalq təşkilatlar işğalçı Ermənistana təsir imkanlarını artırmalıdır"- bazar ertəsi Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-mayor Harri Vyattı qəbul edərkən deyib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Əbiyev deyib ki, beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan sülh danışıqlarının heç bir nəticə verməməsi proseslərə mənfi təsir göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti