...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin yenidən atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Aprel 2008 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 17-də saat 14.50-dən 15.30-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki mövqelərini, saat 16.30-dan 00.00-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.00-dan aprelin 18-i saat 00.10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdülrəhmanlı və Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 04.40-dan 05.10-dək Ağdam rayonunun Cəvahirli və Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti