...

Azərbaycan ordusu Ermənistan qoşunları ilə təmas xəttində hazırlıq vəziyyətinə gətirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Aprel 2008 12:05 (UTC +04:00)
Azərbaycan ordusu Ermənistan qoşunları ilə təmas xəttində hazırlıq vəziyyətinə gətirilib

Azərbaycan, Bakı, 24 aprel/ Trend , müxbir İ.Əlizadə/Azərbaycanın Ermənistan qoşunları ilə təmas xəttində yerləşən Silahlı Qüvvələri qondarma "erməni soyqrımı" günü ilə əlaqədar tam hazırlıq vəziyyətinə gətirilib.

"Azərbaycanın Ermənistan silahlı birləşmələri ilə təmas xəttində yerləşən Silahlı Qüvvələri öz postunda möhkəm dayanıb", - deyə cümə axşamı Trend -a Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətindən bildirilib.

Ermənilər aprelin 24-nü qondarma "erməni soyqrımı" günü kimi qeyd edirlər. Ermənilər iddia edirlər ki, 1915-ci ilin aprelin 24-də o zaman mövcud olan Osmanlı İmperiyası ərazisində yaşayan ermənilər türklər tərəfindən kütləvi köçürülmə və qırğına məruz qalıblar. Türkiyə bu iddiaları qəbul etmir.

Ermənistan Silahlı Qüvvələri hər il aprelin 24-də cəbhə bölgəsində fəallaşırlar və Azərbaycanın mövqelərini gün ərzində intensiv şəkildə atəş altında saxlayırlar.

Son günlər ermənilər Azərbaycanın işğal olunmuş və təmas xəttinə yaxın ərazilərdə hərbi təlimlər keçirirlər.

"Hər hansı təxribat törədilərsə, bunun qarşısı alınacaq", - deyə Müdafiə Nazirliyindən bildirilib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti