...

Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində yeni məqamlar yaranıb – nazir (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyun 2008 15:02 (UTC +04:00)
Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində yeni məqamlar yaranıb – nazir (video)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbirS.Ağayeva/ Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində yeni məqamlar ortaya çıxıb. "Hazırda münaqişənin nizamlanması üzrə hələ də razılaşdırılmayan Madrid təkliflərinin məqamları üzərində iş aparılır", - deyə çərşənbə axşamı Bakıda jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

"Bu razılaşdırılmamış məqamlar bizim üçün prinsipialdır və biz ATƏT-in Minsk Qrupu vastitəçilərinə Ermənistan tərəfi ilə bu məqamları işləmək imkanı verdik", - deyə nazir bildirib.

Ermənistan və Azərbaycan prezidentlərinin iyunun 6-da Sank-Peterburqda baş tutan son görüşü barədə danışan nazir görüşün geniş tanışlıq mahiyyəti daşıdığını qeyd edib. "Biz bir-birimizə öz mövqelərimizi təqdim etdik və həmsədrlərə tərəflərin mövqelərinin irəliləməsi üçün yeni yanaşmaların tapılması məqsədi ilə vaxt vermək qərarına gəldik", - deyə Məmmədyarov qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti