...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyun 2008 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 12-də saat 12.00-dan 12.30-dək və saat 21.45-dən 22.25-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinari kəndi və Krasnoselsk rayonu ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 18.50-dən 19.10-dək Xocavənd rayonun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.30-dan 23.40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.00-dan 23.10-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, iyulun 13-ü fasilələrlə saat 00.30-dan 01.50-dək Tərtər rayonunun Çiləbürt və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti