...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyun 2008 10:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 16-da saat 17.35-dən 18.25-dək və saat 21.00-dan 21.20-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinari kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 23.45-dən 23.55-dək Füzuli rayonunun Aşağı Əbdulrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.50-dən 23.58-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti