...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Avqust 2008 10:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 avqust / Trend ", müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 3-də saat 17.15-dən 17.25-dək və 20.25-dən 21.50-dək Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinari kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Koxa Nəbi, Ağdam kəndləri ərazisində yerləşən mövqelərini, saat 18.00-dan 18.20-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.45-dən 17.50-dək və avqustun 4-də saat 02.30-dan 03.10-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.50-dən 01.10-dək və 04.30-dan 05.25-dək Tərtər rayonunun Qızıl Oba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02.30-dan 02.35-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti