...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Sentyabr 2008 10:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 3-də saat 01.45-dən 02.25-dək Ermənistan Respublikası Berd rayonu Çinari kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun adsız yüksəkliklərində və Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, sentyabrın 2-də saat 08.20-dən 08.30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 3-də saat 04.55-dən 05.10-dək Ağdam rayonun Mərzili kəndi və Füzuli rayonun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti