...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Sentyabr 2008 10:40 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 06 sentyabr / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 5- də saat 06.35-dən 06.50 - dək və 09.00 - dan 09.15 - dək Ermənistan Respublikası Berd və Noyanberyan rayonlarının Çinari, Voskepar kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi və Qazax rayonunun Əskipara kəndləri ərazisində yerləşən mövqelərini, sentyabrın 5 - də saat 21.30 -dan 21.55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.55-dən 23.10-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.10-dan 23.18-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 6 -da saat 00.15-dan 00.17-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 05.45-dən 05.55 - dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 06.00 -dan 06.05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti