...

Abxaziya və Cənubi Osetiyanın tanınması Dağlıq Qarabağ üçün presedent deyil - RF XİN-in rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Sentyabr 2008 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr / Trend / Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin Rusiya tərəfindən tanınması, Dnestryanı region və Dağlıq Qarabağ üçün presedent yaratmır, - RF-nin xarici işlər naziri Sergey Lavrov deyib, - RİA Novosti xəbər verib.

"Rusiya MDB məkanında mövcud olan bütün münaqişələrin sülh yolu ilə həll edilməsinə beynəlxalq hüquq, BMT Nizamnaməsinin bütün prinsiplərinə hörmət, münaqişəyə cəlb olunmuş tərəflər arasında razılığa gəlmək üçün əvvəllər əldə olunmuş razılaşmalar əsasında fəal kömək göstərəcək. Danışıqlar prosesində vasitəçilik missiyamızı məsuliyyətlə yerinə yetirəcəyik, bu, bütünlüklə həm Dnestryanı regiona, həm də Dağlıq Qarabağa aiddir. Hər yerdə vasitəçiliyin öz xüsusiyyəti, formatı və mexanizmi var. Lakin Cənubi Osetiya böhranı onlar üçün heç bir presedent yaratmır", - Lavrov cümə axşamı Federasiya Şurasında çıxış edərkən deyib.    

Xəbər lenti

Xəbər lenti