Azərbaycan, Bakı, 27 sentyabr / Trend , E.Hüseynli/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 30-da Qazax rayonunun Məzəm kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və İrci Aberle keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Vladimir Çountulov keçirəcəklər.