...

Rəsmi Bakı AŞ PA missiyasının Ermənistanın işğal etdiyi ərazilərə Azərbaycandan səfər etməsini təkid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2008 12:10 (UTC +04:00)
Rəsmi Bakı AŞ PA missiyasının Ermənistanın işğal etdiyi ərazilərə Azərbaycandan səfər etməsini təkid edir

Azərbaycan, Bakı, 06 oktyabr/ Trend , müxbir C.Babayeva/ Rəsmi Bakı Avropa Şurası Parlament Assambleyası (AŞ PA) missiyasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərə Azərbaycandan səfər etməsini təkid edir.

"Azərbaycan AŞ PA-nın mədəni irs missiyasının işğal olunmuş ərazilərə Azərbaycandan səfər etməsini təkid edir, çünki bu ərazilər ölkənin tərkib hissəsidir", - deyə bazar ertəsi jurnalistlərə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib.

Nazir bildirib ki, rəsmi Bakı missiyanın eyni zamanda və eyni tərkibdə səfər etməsini təkid edir, bu, Azərbaycan tərəfinin mütləq şərtidir.

Azərbaycan ölkənin bu ərazilərdə qalmış tarixi və mədəni abidələrinin vəziyyətinin öyrənilməsi məqsədi ilə AŞPA-nın mədəni irs missiyasının işğal olunmuş ərazilərə göndərilməsi təşəbbüsü ilə təşkilat qarşısında çıxış edib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Nazir hesab edir ki, missiyanın regiona ayrı-ayrı vaxtlarda səfər etməsi həqiqətin təhrifinə gətirib çıxara bilər.

"Azərbaycan məhvə və dağıntıya məruz qalan abidələrin siyahısını artıq missiyaya təqdim edib. Azərbaycanda erməni abidələrinin dağıdılmasına dair faktlar yoxdur. Biz hər iki siyahının yoxlanılmasını istəyirik", - deyə nazir bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti