...

Dağlıq Qarabağ münaqişəsinin həlli tamamilə realdır - Rusiyanın XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Oktyabr 2008 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir N.Abdullayeva/ Rusiyanın xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin həllinin tamamilə real olduğunu hesab edir.

"Dağlıq Qarabağ münaqişəsi üzrə həll edilməmiş iki-üç məsələ qalıb, bu məsələlər Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşlərində razılaşdırılmalıdır", - deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rusiya qəzeti"nə müsahibəsində bildirib.

Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Onun sözlərinə görə, belə görüşlər Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra təşkil ediləcək. "Hər şeydən əvvəl, söhbət Laçın dəhlizindən gedir. Və üç vasitəçidən biri kimi biz belə düşünürük ki ki, münaqişənin həlli tamamilə realdır", - deyə Lavrov qeyd edib.

Rusiya Federasiyasının XİN rəhbəri bildirib ki, əlbəttə münaqişəni Ermənistan və Azərbaycan birbaşa razılaşmalar çərçivəsində həll etməlidir və bu prosesi bütün incəliyi, həssaslığı ilə anlayan vasitəçilər ї ruslar, amerikalılar və fransızlar həllin mümkün olduğunu görürlər.

Nazirin sözlərinə görə, hələ Qafqaz böhranından öncə vasitəçilərin yardımı ilə Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa görüşlərinin keçirilməsi ilə Dağlıq Qarabağ münaqişəsi üzrə irəliləyiş üçün əla şans yaranmışdı. Əməli olaraq nizamlanmanın bütün prinsip və mexanizmlərini özündə əks etdirən məzmunlu sənəd hazırlanmışdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti