Azərbaycan,Bakı,11oktyabr/ Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 10 - da saat 23.00 - dan 23.14 - dək Ermənistan Respublikası Noyemberyan rayonu Voskevan və Voskepar kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım və Aşağı Əskipara kəndləri ərazisində yerləşən mövqelərini, saat 16.25 - dən 16.45 - dək, 21.45 - dən 22.15 - dək fasilələrlə Tərtər rayonunun Çaylı və Seysulan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.50 - dən 23.55 - dək və oktyabrın 11- də saat 03.30 - dan 03.45 - dək ara -sıra Füzuli və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.53 - dən 23.57-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, oktyabrın 11- də saat 05.50 - dən 06.50 - dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.