Azərbaycan, Bakı, 13 noyabr/ Trend , müxbir A.Bədəlova/ ATƏT-in Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanması üzrə Minsk Qrupu Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılacağına ümid edir.
"Ümid edirik ki, Azərbaycanın işğal edilmiş əraziləri qaytarılacaq", - Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza cümə axşamı Bakıda jurnalistlərə bildirib.
"Azərbaycan və Ermənistan prezidentləri bu məsələ üzrə ümumi dil tapmalıdırlar", - Brayza bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycan və Ermənistan prezidentləri arasında etibar və hörmət mövcuddur.
Türkiyənin münaqişənin nizamlanması üzrə vasitəçiliyindən danışan Brayza bildirib ki, Türkiyə Minsk Qrupunun üzvü olsa da, onun həmsədri deyil. "Türkiyə çox vacib ölkədir. O, NATO - nun müttəfiqidir və Qafqazda hazırda baş verənlərdə vacib rol oynamalıdır", - o əlavə edib.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa вə ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: - [email protected]