Ermənistan Dağlıq Qarabağ münaqişəsini yalnız dinc danışıqlarla həll etməlidir, - Misirin Ermənistandakı Fövqəladə və Səlahiyyətli Səfiri Vəhdəddin İsmayıl Cəlal çərşənbə axşamı İrəvan Dövlət Universitetinin tələbələri ilə görüşdə bildirib, - Novosti-Armeniya agentliyi yazır.
"Misirin tarixində İsraillə bir neçə hərbi toqquşma olub. 1973 - cü ildə bizim ölkəmiz dinc nizamlamanı hərbi münaqişədən üstün tutub. Bu gün Ermənistan, Misirin nümunəsinə uyğun olaraq, Qarabağ münaqişəsini dinc danışıqlar yolu ilə həll etməlidir", - səfir bildirib.
Diplomatın rəyinə görə, Dağlıq Qarabağ və Ərəb -İsrail münaqişələri tarixi köklərə malik olduğu üçün oxşardır.
"Hərbi yolu seçən Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etməyəcəklər. Hər iki münaqişə tərəfi dinc həll yolları axtarmağa borcludurlar", - Vəhdəddin İsmayıl Cəlal əlavə edib.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.