...

Qafqazda əsas problem münaqişələrdir - prezident İlham Əliyev

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Dekabr 2008 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr/ Tren , müxbir N.Abdullayeva/ Azərbaycan prezidenti İlham Əliyev Qafqaz regionunda əsas problemin münaqişələr olduğunu bildirib.

"Regionda mövcud olan münaqişələrin həll edilməsi vacibdir. Bu, regionun bütün ölkələrinə lazım olan əməkdaşlığa imkan yaradacaq", - deyə İlham Əliyev çərşənbə axşamı Bakıda, Avropa ölkələrnin mədəniyyət nazirlərinin beynəlxalq konfransında çıxışı zamanı bildirib.

Prezident bildirib ki, indiyədək bir çox beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamələr qəbul olunub, lakin bunlar Ermənistan tərəfindən yerinə yetirilmir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

İlham Əliyev bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi tez bir vaxtda və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

"Münaqişə Azərbaycan mədəniyyətinə də olduqca ciddi zərbələr vurur, buna 2005-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərində monitorinq keçirən ATƏT-in nümayəndələri də şahid olublar. Onlar orada bir çox abidə, bina və məscidlərin dağıdıldığının, muzey eksponatlarının qarət olunduğunun şahidi olublar", - deyə Azərbaycan prezidenti bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti