...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2008 10:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 3-də saat 17.20-dən 18.00-dək, 19.20-dən 19.45-dək, 22.20-dən 23.05-dək fasilələrlə Ermənistan Respublikası Noyemberyan rayonu Vazaşen kəndi, Krasnoselsk və Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonu Paravakan kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax, Gədəbəy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə və Tovuz rayonunun Qaralar kəndi ərazisində yerləşən mövqelərini, saat 17.50-dən 18.05-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.40-dan 21.45-dək və dekabrın 4-də saat 02.30-dan 02.40-dək Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 22.00-dan 22.10-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.25-dən 22.45-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti